Estoniyanın sabiq xarici işlər naziri mina xəritələri müqabilində Azərbaycanın 15 ermənini azad etməsini alqışlayıb

Estoniyanın sabiq xarici işlər naziri Marina Kalyurand Ağdam rayonunun mina xəritələri müqabilində Azərbaycan tərəfindən 15 erməninin təhvil verilməsini alqışlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə sabiq nazir öz “Twitter” səhifəsində yazıb:

O bildirib: “Azərbaycanın 15 saxlanan ermənini azad etməsini, eləcə də Ermənistanın Ağdam rayonunda mina sahələrinin xəritəsini verməsini alqışlayıram. Gürcüstana bu vacib addımda köməyinə görə təşəkkür edirəm. Tərəfləri bu yolda irəliləməyə çağırıram”.

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda 97 min tank və piyada əleyhinə minanın qeyd olunduğu xəritə müqabilində Gürcüstandan nümayəndələrin iştirakı ilə 15 ermənini Ermənistana təhvil verib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: