Estoniyada prezidentliyə Elmlər Akademiyası rəhbərinin namizədliyi təsdiqlənib

Estoniyanın hakim koalisiyası Elmlər Akademiyasının rəhbəri, Tətbiqi Riyaziyyat sahəsi üzrə alim Tarmo Soomerenin respublikanın prezidenti vəzifəsinə namizədliyini təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin televiziya və radio portalı xəbər yayıb.

Estoniyada növbəti prezident seçkiləri 10 avqust – 29 sentyabr tarixlərində keçiriləcək. İlk olaraq dövlət başçısını parlament seçməlidir. Deputatların səsverməsi müsbət nəticələnməsə, 208 nəfərdən (107 yerli hökumət nümayəndəsi və 101 millət vəkili) ibarət seçki kollegiyası çağırılacaq.

Xatırladaq ki, hazırda Estoniyanın prezidenti bu vəzifəyə 2016-cı ildə seçilmiş Kersti Kelyulayddır.

Teqlər: