Bu ölkədə NATO təlimi başlayır

Bu ölkədə NATO təlimi başlayır

Bu gün Estoniyada NATO-nun “Saber Strike” beynəlxalq hərbi təlimləri başlayır.

Bu barədə Estoniya ordusunun baş qərargahının məlumatında bildirilir.

İyunun 3-də Latviyada start götürən təlimlərin tərkib hissəsi olan “Saber Strike”a yerli hərbçilərlə yanaşı Estoniyada dislokasiya olunan NATO batalyonunun əsgərləri və Finlandiyanın mühəndis-istehkam qrupu qatılacaq. Ümumilikdə, təlimlərdə 1 500 hərbçinin iştirakı nəzərdə tutulub. Təlimlərə ABŞ-ın AH-64 (Apache) və UH-64 (Black Hawk) hərbi helikopterləri də cəlb ediləcək.

NATO müntəzəm olaraq Baltikyanı ölkələrdə təlimlər keçirir. Bu il Latviya, Litva və Estoniyada 16 hərbi təlimin keçirilməsi planlaşdırılıb.