Estoniyanın xarici işlər naziri Urmas Reyinsalu Kiyevə gəlib. O, Ukrayna Ali Radasına səfər edib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko deyib.
“Bu gün Ali Radada gözəl qonaqlar var! Estoniyanın xarici işlər naziri Urmas Reyinsalu bizə gəlib”, – Qonçarenko bildirib.
Səfərin təfərrüatları açıqlanmayıb.