Estoniya Türkiyədən təxminən 200 milyon avro dəyərində təkərli zirehli maşınlar alacaq.
AzerTimes xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyi təxminən 220 ədəd təkərli zirehli texnikanın tədarükü üçün iki türk şirkəti ilə müqavilə imzalayacaq. Satınalmanın təxmini dəyəri təxminən 200 milyon avro təşkil edir”, – məlumatda deyilir.
Qeyd olunur ki, ilk avtomobillər müqavilələr imzalandıqdan sonra bir il ərzində gələcək.
Müqavilələrin oktyabrın 18-də Tallinndə imzalanması planlaşdırılır.