Estoniya Şengen vizası olan Rusiya vətəndaşları üçün sərhədi bağlayır.
AzerTimes xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Urmas Reynsalu deyib.
“Bir həftə sonra Estoniya Respublikasının Rusiya vətəndaşlarına verdiyi Şengen vizalarına sanksiya tətbiq olunacaq. Viza sahiblərinə Estoniyaya daxil olmaq qadağan ediləcək”, – nazir bildirib.
Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri, habelə beynəlxalq daşımalarla məşğul olan və ya Aİ qanunvericiliyinə əsasən sərbəst hərəkət etmək hüququ olan şəxslər sanksiyalara məruz qalmayacaq.