Estoniya Rusiyanın iki şəhərinin adını dəyişir

Estoniya Rusiyanın iki şəhərinin adını dəyişir

Estoniya bundan sonra Rusiyanın Kalininqrad və Kinqissep şəhərlərinin tarixi adlarından istifadə edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Estoniyanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Marko Mikelson danışıb.

Məlumata görə, komitə üzvləri belə qənaətə gəliblər ki, eston dili sovet adı olan Kalininqraddan imtina etməli və əvəzinə tarixi Köniqsberq adından istifadə etməlidir. Onlar həmçinin hesab edirlər ki, Rusiyanın Kinqisepa şəhəri üçün keçmiş Yamburq və ya Yaama adından istifadə edilməlidir.

Bildirilib ki, bu düzəliş baxılması üçün Estoniya Ədəbiyyat Cəmiyyətinin Dilçilik Komitəsinə göndərilib.

Teqlər: