Estoniya Rusiya ilə sərhədləri bağlaya bilər

Xəbər - Orxan Nəbiyev – Trend:

Estoniya epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Rusiya ilə sərhədləri bağlaya bilər.

AzerTimes-ın məlumatına görə, bu barədə Estoniya mətbuatı yazır.

Qeyd olunur ki, ölkənin ədliyyə naziri Marisa Laurinin təşəbbüsü ilə iyulun 8-dək müvafiq qanun layihəsi hazırlanacaq.

Xatırladaq ki, Rusiyada son bir neçə həftə ərzində koronavirusa yoluxma halları kəskin artıb. Son günlərdə ölkədə gündəlik yoluxma sayı 25 mini keçib, gündəlik ölənlərin sayı isə 700-ə yaxınlaşır.