Rusiya ilə sərhəddə bəzi keçid məntəqələrinin bağlanması mümkündür.
AzerTimes xəbər verir ki, bu barədə Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin nümayəndəsi Veiko Kommusaar deyib.
“Yalnız bütün hüquqi əsasları olanlar Estoniya vasitəsilə Avropa Birliyinə daxil ola bilərlər. Biz vəziyyəti çox diqqətlə izləyirik və lazım gələrsə, istənilən qanunsuz miqrasiyanın qarşısını almağa hazırıq. Vəziyyətdən asılı olaraq bu, sərhəd məntəqələrinin qismən və ya tam bağlanması demək ola bilər”, – o bildirib.