Estoniya Rusiya ilə quru sərhədini bağlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
“Sərhəd Narva-İvanqorod keçid məntəqəsində bağlanıb. Rusiyanı tərk etmək istəyənlərin böyük növbəsi yaranıb. Hərəkətin dayandırılması Narvada sovet abidələrinin sökülməsi ilə bağlıdır. Estoniya hakimiyyəti T-34 tankını, Petrovski meydanındakı lövhələri və digər abidələri Estoniya Müharibə Muzeyinə göndərmək qərarına gəlib. Narva-İvanqorod keçid məntəqəsinin nə vaxt açılacağı hələlik məlum deyil”,- məlumatda deyilib.