Estoniya Rusiya ilə bağlı bunu təklif edən ilk ölkədir

Estoniya Rusiya ilə bağlı bunu təklif edən ilk ölkədir

Estoniya yanvarın sonuna qədər Rusiyaya sanksiya tətbiq olunan aktivlərinin müsadirəsi və Ukraynaya verilməsi üçün hüquqi baza təklif etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Dekabrın sonunda Estoniya hökuməti nazirliklərə Rusiya aktivlərinin müsadirə edilməsi planını hazırlamağı tapşırıb və yanvarın sonuna qədər müvafiq hüquqi plan ortaya çıxmalıdır”,-məlumatda deyilir.

Qeyd olunur ki, Estoniya AB ölkələri üçün Rusiya Mərkəzi Bankının əngəllənmiş 300 milyard avroluq ehtiyatlarının və rus vətəndaşlarının dondurulmuş milyardlarla aktivlərinin necə silinməsi barədə saziş hazırlamazdan əvvəl müsadirə mexanizmini təqdim etmək niyyətindədir. Estoniyanın çirkli pulların yuyulmasına qarşı mübarizə agentliyi ölkənin təxminən 20 milyon avro dəyərində Rusiyanın aktivlərini dondurduğunu təxmin edir.

Teqlər: