Estoniya bazar günündən etibarən Baltik dənizindəki limanına
Rusiya bayrağı altında gəmilərin buraxılmasını dayandırıb.
Trend xəbər
verir ki, bu barədə “ERR” milli yayım portalı İqtisadiyyat və
İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.
“Fəaliyyəti bu və ya digər formada Rusiya ilə əlaqəli olan bütün
müəssisələr iqtisadi məkandakı dəyişikliklərin öhdəsindən gəlmək
üçün yenidən oz fəaliyyətlərini nəzərdən keçirməli olacaqlar”, –
nazir Taavi Aas bildirib.
Rusiya bayrağı altında üzən gəmi Estoniya sahillərində qəza
vəziyyətində olarsa, o, istisna olaraq, polisin və sərhədçilərin
icazəsi ilə limanlara buraxıla bilər.
Estoniya limanları Ukrayna hadisələri ilə əlaqədar Aİ-nin Rusiya
Federasiyasına qarşı sanksiyalarına qoşulub. Beşinci sanksiya
tədbirləri paketinə Rusiya bayrağı altında üzən gəmilərin birlik
ölkələrinin limanlarına giriş qadağası daxildir.