Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqaev Estoniyadan çıxarılıb.
Bunu Estoniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sandra Kamilova bildirib.
“Estoniya XİN: Kazennov və Surqaev Estoniyadan çıxarılacaq”, – deyə Kamilova bəyan edib.
Nazirlik bu qərarın hansı səbəbdən verildiyini açıqlamayıb.
Rusiya XİN öz növbəsində bəyan edib ki, rusiyalı diplomatların ölkədən çıxarılması cavabsız qalmayacaq.