Estoniya prezidentindən Bakı və İrəvana çağırırş

Estoniya prezidentindən Bakı və İrəvana çağırırş

Beynəlxalq ictimaiyyətin dəstəyi və danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir.

AzerTimes xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Ermənistan Prezidenti Vaaqn Xaçatryanla görüşündən sonra sosial şəbəkə hesabında yazıb.

O, Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini bildirib:

“Estoniyanın dinc və sabit görmək istədiyi Cənubi Qafqaz regionu Ermənistanın uğurlu və firavan gələcəyi üçün zəruri ilkin şərtdir”.

Qeyd edək ki, yanvarın 16-da Ermənistan Prezidenti Vaaqn Xaçatryan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.

Teqlər: