Estoniya Azərbaycan peykində

Estoniya Azərbaycan peykində

Azərbaycanın peyk rabitəsi operatoru “AzərKosmos ASC” Estoniya dövlət qurumlarına yer kürəsinin məsafədən zondlaşdırılması xidmətlərinin göstərilməsinə hazırlaşır.

AzərKosmosun xidmətlərinin Eston bazarında göstərilməsində hazırda əməkdaşlıq haqqında danışıqlar aparılan “Reach-U” şirkəti vasitəçi kimi çıxış edəcək.

“Reach-U” ilə müqavilə yaxın vaxtlarda imzalanacaq və bu, şirkətə “Azersky” peykindən alınma təsvirlərin Estoniyanın müdafiə və kənd təsərrüfatı nazirliklərinə və Tallinin icra hakimiyyətinə satışını həyata keçirməyə imkan verəcək.

Daha əvvəl “Azərkosmos” ASC və “Reach-U” müqavilə imzalayıblar və bu müqaviləyə əsasən, “Azersky”dan alınma təsvirlər “Tartu” universitetinə verilib.

Qeyd edək ki, “Azersky” aşağı orbitli peykinin idarəçiliyi “Bakutel-2014” sərgisi çərçivəsində “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında 2014-cü ilin dekabrında imzalanmış saziş əsasında Azərbaycana verilib.