Estoniya parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edilib

Estoniya parlamentinin – Riyqikoqunun Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib.

AzerTimes-ın məlumatına görə, qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dərin hüznlə başsağlığı veriblər.

Bəyanatda bildirilir ki, Azərbaycan xalqı Xocalı soyqırımında 600-dən çox günahsız vətəndaşını itirib. Onların arasında çoxsaylı uşaq, qadın və yaşlı insan olub:

“Biz dinc Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş insanlığa zidd bu vəhşiliyin günahkarlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan və Ermənistan arasında Qarabağ bölgəsindəki bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi bildiririk”.

Teqlər: