Estoniya Cənubi Koreyanın “K9 Thunder” qurğusunu alıb.
AzerTimes xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
“Milli müdafiənin inkişafı planına əsasən, 4 il ərzində Cənubi Koreyadan Estoniyaya 81,5 milyon avro dəyərində 24 artilleriya qurğusu gətiriləcək. Bu xərcə həmçinin təlimatçıların və texniki qulluqçuların təlimi, xüsusi alətlər və ehtiyat hissələri daxildir”, – məlumatda qeyd edilib.