Estoniya da Rusiya səfirini ölkədən çıxarır

Estoniya da Rusiya səfirini ölkədən çıxarır

Estoniya Rusiya səfiri Vladimir Lipayevi ölkədən çıxarır.

AzerTimes xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Rusiya ilə münasibətlərdə paritet prinsipinə əməl edirik, bu o deməkdir ki, Rusiya səfiri Estoniya səfiri Rusiyanı tərk etdiyi vaxtda gedəcək”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Rusiya XİN Estoniya səfirinin ölkəni tərk etməsi üçün 7 fevrala qədər vaxt qoyub.

Teqlər: