Eston kəşfiyyatı açıqladı: Ukrayna buna çalışır

Eston kəşfiyyatı açıqladı: Ukrayna buna çalışır

Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatının birinci mərhələsini, yəni Rusiyanın müdafiə mövqelərində zəif nöqtələrin aşkar edilməsi məqsədilə kəşfiyyatı davam etdirir.

AzerTimes xəbər verir ki, bunu Estoniya Silahlı Qüvvələrinin kəşfiyyat mərkəzinin rəisi Marqo Qrosberq deyib.

“Təşəbbüs indi Ukrayna Silahlı Qüvvələrinin əlindədir, bu o deməkdir ki, onlar düşmən bölmələrinə hücum edəcək vaxtı, yeri və vasitələri seçirlər. Öz növbəsində, Rusiya bunun üçün artilleriya, minalanmış sahələr və hava zərbələrindən istifadə edərək, Ukraynanın hücum imkanlarını mümkün qədər məhv etməyə çalışacaq”, – Qrosberq bildirib.

Onun sözlərinə görə, son 9 ayda Rusiya işğal olunmuş ərazilərdə müdafiəyə böyük güc qoyub, ona görə də, Ukrayna əks-hücuma tələsmir.

“Lazımsız riskə getməmək üçün ukraynalılar öz əməliyyatlarına daha metodik, daha ehtiyatlı və sakit yanaşırlar, çünki həm insan, həm də texniki resurslar, əslində, qızıla dəyərindədir”.

Teqlər: