Xəbər - Humay Ağacanova –Trend
İqtisadiyyat çox mürəkəbb, eyni zamanda çevik və həssas bir sistemdir. Biz iqtisadiyyatdan gələn çətinlikləri dərk etməliyik. Əsrin ortasına qədər dünya yenidən öz enerji sistemini qurmalıdır.
Trend-in məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı Rumıniyanın sabiq baş naziri Petre Roman deyib.
O bildirib ki, təbii yanacaqdan tezliklə kənarlaşmaq istərdik. Külək və günəş enerjisinə keçidi sürətləndirməliyik, həmçinin hidrogen enerjisinə keçid etməliyik.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.