Əşrəf Qani Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsində beynəlxalq müttəfiqləri günahlandırıb

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani dörd ay əvvəl Kabili tərk etdikdən sonra verdiyi ilk müsahibəsində respublikanın süqutunda beynəlxalq ictimaiyyəti və xüsusən də amerikalıları günahlandırıb.

Trend xəbər verir ki, BBC-yə verdiyi müsahibədə Əşrəf Qani ən böyük səhvinin Əfqanıstanın müttəfiqlərinə güvənməsi olduğunu söyləyib.

“Xalq məni haqlı olaraq nədə günahlandırırlarsa, onların tam haqqı var, mən beynəlxalq tərəfdaşlarımıza güvənirdim”, – deyə keçmiş prezident bildirib.

Qani ABŞ-ın sülh elçisi Zalmay Xəlilzadın rəhbərliyi altında imzalanan müqavilələrlə əslində ABŞ qoşunlarının rahat gedişi üçün əfqanları qurban verildiyini iddia edib.

Xəlilzad öz növbəsində verdiyi müsahibədə respublikanın dağılmasının əfqan rəhbərliyinin uğursuzluğu və əfqan qoşunlarının Talibana qarşı sərt müqavimət göstərməməsi ilə bağlı olduğunu bildirib.

Teqlər: