Əsra Gəzgincinin Azərbaycan barədə verilişi – Video

Əsra Gəzgincinin Azərbaycan barədə verilişi – Video

Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.

AzerTimes xəbər verir ki, Bugun TV-yə bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuq Karakılıç məlumat verib.

O bildirib ki, layihənini rəhbəri və aparıcısı Əsra Gəzgincidir. Onun da qeyd etdiyi kimi, veriliş bu dəfə “Atəşin və rüzgarın ölkəsi qəhrəmalar yurdu Qardaş Azərbaycanda… Dağın-daşın yandığı Abşeron yarımadasından, tarixi və modern memarlığı ilə bir nağılı xatırladan Bakıda… Dünyanın ilk açıq dəniz neft platformasından, türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl bir yolculuq”la yadda qalacaq.

Paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.

Teqlər: