Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.
Bu material Məmmədov İkram Ehtiram oğluna həsr edilib…
– Salam, mənim balaca dostum.
– Salam, necəsiniz?
– Səni görməyə çox şadam, İkram.
– Mən də sizi.
– Gəl səninlə söhbət edək.
– Müharibədən?
– Yox, lazım deyil. Başqa şeylərdən.
– Mənim o qədər də biliyim yoxdur (gülür).
– İnsanın böyük və təmiz ürəyi olanda başqa şeylər o qədər də lazım deyil.
– Ola bilər (gülümsəyir). Siz hamı ilə belə danışırsınız?
– Bəli, çalışıram. Niyə soruşdun ki?
– Heç, maraqlıdır. Buralarda uşaqlar çoxdur, yəqin onlar da istəyər sizinlə danışsın.
– Təki istəsinlər. Ay, İkram, deyəsən sən məni sorğu – suala tutmusan, mən səni yox.
– Hə, mənə nə isə tanış olmayanda belə edirəm (gülür).
– Yaxşı, gəl səndən danışaq. Bax, mən bilirəm ki, sən həyətdə qırqovul saxlayırdın. Niyə məhz o quşları?
– Gözəl quşlardır, nə bilim bir neçəsin saxlamışdım, onları yedizdirirdim, yaxşı baxırdım onlara (gülür).
– Evdə adətən nə ilə məşğul idin?
– Mən özümə velosiped düzəltmişdim, hətta atama dedim ki, heç kimə vermə, evə gayıdanda sürəcəyəm… Amma qismət olmadı…
– İkram, evə nə zaman axırıncı dəfə zəng etdin?
– Oktyabrın 12-də. Sağollaşmağa.
– Niyə? Ürəyinə danmışdı?
– Hə… Nə isə hiss elədim ki həmişəki kimi olmayacaq. Müharibə pis şeydir…
– Bilirəm… Axı sən könüllü getdim, ay İkram!
– Hə, bəs neynəyim? Mən də getməsəm, kim gedər.
– Sən mənim balaca qəhraman dostumsan…
– Çox sağ olun.
– İkram, olar soruşum, sənin arzun nə idi?
– Mən istəyirdim ki, hüqüq mühafizə orqanlarında polis vəzifəsində çalışım.
– Nə maraqlı! Deməli, polis. Məncə səndən gözəl polis işçisi olardı.
– Məncə də. Amma mən qaldım Füzülidə… Neytral zonaya düşdük, oradan da çıxa bilmədik… Bilmirsiniz, məni tapdılar?
– Bəli, əzizim, əlbəttə! Qələbə bizimdir, torpağlarımızı sənin kimi mərd, heçnədən qorxmayan igidlər gaytardı.
– Onu bilirəm, buralarda da söhbətlər gedir (gülür).
– İnstagram səhifənə baxırdım, qəşənq mahnılar, videoların var. Deyəsən ritmli mahnılardan xoşun gəlir?
– Hə, çox. Ürəyimə yatır belə musiqi.
– Bir video gözümə sataşdı, orada olan sözlər.
– Hansı?
– “Gedirəm insanlar olmayan yerə”… O nə yerdi, İkram?
– Yəqin o müharibə idi… Çünki oktyabrın 13-də mən artıq Füzüliyə govuşmuşdum, amma düşmənləri ətrafımda hiss edə bilirdim. Mən sanki onları yuxardan izləyirdim. O zaman o yer insanlarla dolu deyildi…
– Bəs indi?
– İndi mələklərlə doludur (gülümsəyir).
– İkram, deyiləsi sözün var?
– Əslində, mən çox darıxıram ailəm üçün. Bir də yarımçıq qalan arzularım üçün…
– İkram, mən də sənin üçün darıxacağam..