Türkiyənin tanınmış aktyoru Mehmet Ulay 81 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, ağciyər xərçəngindən əziyyət çəkən Ulay Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.
Tanınmış aktyor “Ezel”, “Qurtuluş”, “Ögey ata”, “Yarım Alma”, “Əmr et Komutanım”, “Arxa Sıradakılar”, “Möhtəşəm yüz il”, “Eşkiya Dünyaya Hükümdar Olmaz” kimi seriallarda oynayıb.