Əskişəhərdəki azərbaycanlılar bəyanat yaydı

Əskişəhərdəki azərbaycanlılar bəyanat yaydı

Son dövrdə İran adlanan ölkənin Azərbaycana qarşı sərgilədiyi siyasət açıq və konkret şəkildə düşmənlikdir.

AzerTimes xəbər verir ki, bu sözlər Əskişəhər Azərbaycanlılar Dərnəyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı diskriminasiya siyasəti və terror aktı qətiyyətlə pisləşib:

“Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təzyiq və nifrət həddini aşıb və Azərbaycan Prezidenti İlham Əliyev də beynəlxalq toplantılarda yaşananları dilə gətirib. Bu nifrət və kinin nəticəsi kimi 27 yanvar tarixində isə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum təşkil edildi və nəticədə əvvəl İstanbuldakı Baş Konsulluğumuzda mühafizə xidmətinin əməkdaşı olmuş Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb. Əskişəhər Azərbaycanlılar Dərnəyi olaraq şəhidimizə Allahdan rəhmət, ailəsi başda olmaqla bütün xalqımıza başsağlığı, səfirliyimizin yaralı əməkdaşlarına isə şəfalar diləyirik.

Əskişəhər Azərbaycanlılar Dərnəyi olaraq İran adlanan ölkəni və edilən xain hücumu şiddətlə qınayır, qurulan xain planın baş tutmayacağını, öz kinlərində boğulacaqlarını ifadə edirik”.

Teqlər: