Ermənistan polisi Bağanis-Ayrımdan Əskiparaya (Voskepar) gedən yolu bağlayıb. Kənd sakinləri yolun açılmasını tələb edirlər.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Sakinlər bildiriblər ki, artıq bu ərazidə ölçmə və Bağanis Ayrıma bitişik, Bağanisdən Əskiparaya gedən yolun çatdırılması üçün hazırlıq işləri aparılır.
Erməni mətbuatının məlumatına görə, artıq bu gündən etibarən faktiki olaraq Bağanis Ayrım ərazisində demarkasiya işləri aparılıb və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ yoxdur.