İtkin düşmüş Ukrayna əsgərlərinin demək olar, dörddə biri əsirlikdədir.
AzerTimes xəbər verir ki, bunu xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko deyib.
O qeyd edib ki, iyulda hakimiyyət orqanları 7 min nəfərdən çox Ukrayna hərbçisinin itkin düşdüyünü açıqlayıb:
“İtkin düşən 7 mindən çox hərbçidən təxminən 20-25 %-i tapılıb. Onların Rusiya əsirliyində olmaları aşkarlanıb, buna görə də indi itkin düşənlərin sayı azalıb”.