Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun “məhkəməsi” keçirilib.

AzerTimes xəbər verir ki, məhkəmənin qərarına əsasən H.Axundovun həbs müddəti daha 3 ay müddətinə uzadılıb.

“Məhkəmə” iclası bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Teqlər: