Erməni əsirlər yaxın günlərdə, hətta saatlarda Azərbaycandan qaytarıla bilər.
AzerTimes xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı, Xarici Əlaqələr Komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.
“Düşünürəm ki, əsirlərimizin qaytarılması bir neçə günün, hətta saatların işidir”, – o bildirib.
Xandanyanın sözlərinə görə, əsirlərin mübadiləsi Azərbaycan-Ermənistan sərhədində baş verə bilər.