Əsgərliyə gedən şəxsin banka olan kredit borcu dondurulur?

Əsgərliyə gedən şəxsin banka olan kredit borcu dondurulur?

Banklardan kredit götürən vətəndaşlar bəzən tələb olunan şərtlərlə maraqlanmadıqları üçün sonradan ödəmə problemi ilə rastlaşmalı olurlar.

AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, bəzi vətəndaşlar belə hesab edirlər ki, əgər kredit götürən şəxs əsgəri xidmətə yola düşürsə, onun borcu bank tərəfindən dondurulur.

Bir neçə bank və kredit mütəxəssisləri bildirir ki, qanunvericilikdə həqiqi hərbi xidmətlə bağlı hər hansı kredit güzəşti yoxdur:

“Səfərbərlik halı istisna olmaqla əsgərliyə gedən şəxs götürdüyü kredit borcunu ödəməlidir. Ödənmədiyi halda bu, yayınma kimi sayılır və bank vətəndaşı məhkəməyə verə bilər. Çünki vətəndaş əsgərə gedəcəyini əvvəlcədən bilir. Əgər ödəmə imkanı yoxdursa, o zaman özünə borc yaratmamalıdır. Kredit borcunun dondurulması yalnız səfərbərlik zamanı keçərli ola bilər”.

Teqlər: