Əsgərlərimizin Şuşa və Suqovuşandakı əl işləri… – Foto

Əsgərlərimizin Şuşa və Suqovuşandakı əl işləri… – Foto

“Speys” televiziyasında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı foto-sərgi baş tutub.

AzerTimes xəbər verir ki, “Speys” televiziyasının rəhbəri Müşfiq Hətəmov sərgi haqqında məlumat verib.

“Xalqımız böyük məhrumiyyətlərdən və ağır sınaqlardan çıxıb. 29 il əvvəl iyunun 15-də görkəmli siyasi xadim ulu öndər Heydər Əliyev Azərbaycan parlamentinin rəhbəri seçilib. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda yeni siyasi proseslər, inkişaf dövrü başlayıb. Məhz bu qələbənin ulu öndərin hakimiyyətə gəlməsi və onun uzaqgörən siyasəti nəticəsində həyata keçdiyinin bir daha şahidi olduq.

Mən çox istərdim ki, “Speys” televiziyası olaraq hər il 15 iyun Milli Qurtuluş Günü hər bir təşkilat, müəssisə Heydər Əliyevin bizə miras qoyduğu dövlətdə hansı işlərin görüldüyünün hesabatı verilsin. Bu gün bir hesabat günü olsun.

Əlbəttə, “Speys” televiziyası olaraq bu ənənənin təşəbbüskarıyıq. Bu gün biz bu sərgi ilə sübut etdik ki, hər əsgər, qazimizin heç bir xidməti yaddan çıxmır. Biz bir televiziya, yayım mərkəzi olaraq bunu göstərməliyik və hər zaman göstərəcəyik. Sərgidə nümayiş edilən fotolar Şuşa və Suqovuşanda əsgərlərimizin əl işləridir. Onların sırasında şəhidlərimiz və qazilərimizin də əl işləri var. Şuşamızda tikinti işləri gedir. Ona görə də fotoları bu şəkildə təqdim etməyi qərara aldıq”, – o bildirib.

Qeyd edək ki, tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Arzu Nağıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arzu Nağıyev, Vüqar Bayramov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalanat, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, xalq artistləri Mənsum İbrahimov, Şeyx Əbdül Mahmudbəyov, əməkdar artist Suğra Bağırzadə, Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Qarabağ qazisi Rey Kərimoğlu və bir çox ictimai şəxslər iştirak ediblər.

Teqlər: