Əsgərimizə işgəncə, Bayrağımızın yandırılması…

Əsgərimizə işgəncə, Bayrağımızın yandırılması…

Ermənistanda hərbçimizə verilən işgəncə və İrəvanda beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması iki ölkə və iki xalq arasında barışıq imkanlarının mümkün olmadığını göstərir.

AzerTimes xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

O bildirib ki, hərbçimizə verilən işgəncəni ört-basdır etmək üçün erməni rəsmiləri nağıl uydurublar:

“Guya hərbçimiz Ermənistan ərazisində mülki ermənini qətlə yetirib. Bu “versiyanı” Ermənistan parlamentinin sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyası Şurasının Sank-Peterburqda keçirilən toplantısında da səsləndirib. Ermənistan rəsmiləri bu “versiyadan” keçmiş illərdə də istifadə ediblər. Qarabağ separatçıları uzun illər iki vətəndaşımızı həbsxanasında ona görə tutub saxlayırdılar ki, guya onlar da Qarabağ ərazisinə keçərkən mülki erməni öldürmüşdülər. Onlar Qarabağda mülki erməni öldürmüşdülərsə, Ermənistan hakimiyyəti və separatçılar İkinci Qarabağ müharibəsindən sonra vətəndaşlarımızı Azərbaycana təhvil verməzdilər. Bir gün işgəncə verdikləri hərbçimizi də geri qaytaracaqlar və bu zaman “o erməni mülki şəxsi öldürüb” uydurmasını unudacaqlar”.

Politoloq qeyd edib ki, Birinci Dünya müharibəsindən əvvəl Rusiya və Fransanın əlində alətə çevrilən ermənilər yaşadıqları Osmanlı Türkiyəsinə satqınlıq etdilər, arxadan vurdular, nəticəsi məlumdur:

“Xocalı soyqırımını törədəndə də bunun sonrakı nəticəsinin onlar üçün ağır olacağını anlamadılar. Tarixdən dərs çıxarmayan millətdir”.

Teqlər: