Vətən Müharibəsində iştirak etmiş əsgər Kamran İlyasoğlu aldığı 1044 manat maaşı şəhid ailələrinə bağışlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Məlumata görə, əsgər öz əməkhaqqısını şəhid Hüseyn Səmədzadə və Sübhan Cəfərovun ailəsinə vermək qərarındadır:
“Mənim valideynlərim sahibkardırlar və işləyirlər. Bunu hər hansı reklam xatirinə etmirəm. Bu, mənim arzum, niyyətim idi”.
www.yenicag.az