Əsərlərini rusca yazan böyük türk

Əsərlərini rusca yazan böyük türk

Bu gün dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anım günüdür.

AzerTimes yazıçı haqqında maraqlı faktları təqdim edir.

– Çingiz Aytmatov 1928-ci il dekabrın 12-i Qırğızıstan SSR-də anadan olub.

– Yazıçının ailəsi Qırğızıstan tarixində önəmli nəsillərdən biri Şəkər tayfasının Qıtaylar kökünə aid edilir.

– Əsərlərində yeni və işlənməmiş mövzular – Orta Asiya xalqlarının həyat tərzi, unudulmuş adət-ənənələri, mərasimləri və folkloruna toxunması onun yaradıcılığına özünəməxsusluq qazandırıb. Elə yeni ruhlu yaradıcılığına görə onun “Nobel” mükafatına namizədliyi irəli sürülmüşdü.

– Yazıçı 1966-cı ildən sonra bütün əsərlərini rus dilində yazıb. Rusca yazdığı bütün əsərlərinin ruhundan isə milli türk təfəkkürü dayanıb. Əsərləri ümumilikdə 176 dilə tərcümə olunub.

– 2008-ci il yazıçının 80 illik yubileyi münasibətilə Qırğızıstanda “Çingiz Aytmatov” ili elan olunub.

– Atası Torekul Aytmatov 1937-ci ildə repressiya edildikdən 2 ay sonra güllələnib.

– O, “Cəmilə”, “İlk müəllim”, “Qırmızı yaylıqlı qovağım mənim” povestləri ilə tanınıb, ona dünya şöhrəti gətirən əsərlərinin önündə isə “Əsrə bərabər gün” romanı gəlir.

– Ç.Aytmatov dünyadakı böyük nüfuzundan ölkəsinin diplomatik əlaqələrində də istifadə edib. O, Qırğızıstanı Fransa, Belçika, Lüksemburq və Niderland kimi dövlətlərdə səfir kimi təmsil edib.

Teqlər: