Əsədullayevin qrupu Belarusa hücuma hazırlaşır

Əsədullayevin qrupu Belarusa hücuma hazırlaşır

Polşa ərazisində hazırda 7 qruplaşma terror aktları və Belarus ərazisində obyektlərin ələ keçirilməsi üçün hazırlanır.

AzerTimes xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel deyib.

“Qurumumuz bu terror qruplaşmalarının fəaliyyətinə nəzarət edən Polşa kəşfiyyatçılarının adlarını da bilir. Ona görə də onların Belarusa qəfil hücumları alınmayacaq. Ukraynalı, polşalı, Baltikyanı həmkarlarımız baxmalıdırlar ki, bu silah onlara qarşı çevrilməsin”, – Tertel bildirib.

Onun sözlərinə görə, ən aqressiv qrup Belostok ərazisində təlim keçir və rəhbəri də Əsədullayev adlı Belarus vətəndaşıdır.

Teqlər: