Mehriban Məmmədova 175 nömrəli uşaq bağçasına müdir təyin edilib.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Xatırladaq ki, bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Zemfira Adil qızı Əsədovanın müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb.
Bağçanın müdiri, Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova yoxlamalardan sonra işdən çıxarılıb.