Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi – Foto

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi – Foto

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Qəhrəmanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib.

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Layihə çərçivəsində Azərbaycan tərəfinin İcraçı Qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verdi.

Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verdi.

Teqlər: