Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü

Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim edib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Teqlər: