Əsədov Avtomobil Federasiyasının prezidenti ilə görüşdü

Əsədov Avtomobil Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə “Formula 1” yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Teqlər: