Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyəti vurğulandı.

Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.

Teqlər: