Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyədə müxalifət hadisəni belə bir məqama çatdırırsa, bu, müxalifətin həm keyfiyyətini, həm də çəkisini ortaya qoyur. Hazırda Suriyada atdığımız bütün addımlarda, xüsusilə ölkənin şimalında Fəratın şərqindən və qərbindən Aralıq dənizinə qədər o bölgədə ruslarla apardığımız işlərdə terrorla bir mübarizə var idi. Terrora qarşı mübarizəmizi də burada birlikdə davam etdiririk. Bunların bir qismini ruslarla birlikdə, bir qismini də öz əsgərlərimiz və təhlükəsizlik qüvvələrimizlə həyata keçiririk.
Mən həmişə deyirəm, demokratiyanın ən mühüm xüsusiyyətlərindən biri güclü müxalifətdir. Təbii ki, bizim güclü müxalifətimiz yoxdur. Problem buradadır. Yəni Suriyada baş verənlərdən xəbərləri yoxdur. Bizim “Bir gecə qəfil gələ bilərik” ifadəmiz əbəs deyil. Bu, vaxtı gələndə edilir”, – Ərdoğan bildirib.