Ərəb və müsəlman ölkələri Yaxın Şərqdə axan qanı dayandırmaq üçün aydın fəaliyyət planı hazırlamalıdır.
AzerTimes xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.
“Biz nə edəcəyimizi müəyyən etməliyik: qınamaq, beynəlxalq ictimaiyyətə müraciət etmək, boykot etmək. Bizim fəaliyyət planımız nədir? Fəaliyyət planı olmadan biz bu gün baş verənlərin dolayısı ilə ortaq olacağıq”, – Əsəd bildirib.