Suriya Prezidenti Bəşər Əsəd hökumətin fövqəladə iclasını keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İclas zamanı Türkiyədə baş vermiş və qonşu dövlətin bir sıra regionlarında dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılması müzakirə olunub.
Qeyd edək ki, Türkiyədə baş verən 7,4 ballıq zəlzələ Suriyada böyük dağıntılara səbəb olub. Son məlumata görə, 237 nəfər ölüb.