Suriya Prezidenti Bəşər Əsədlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Suriya Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, telefon danışığında tərəflər “terrorla mübarizə” mövzusunu müzakirə edib.
Qeyd edək ki, Suriyada 4 illik nisbi atəşkəsdən sonra “Təhrir əş-Şam” hücum edərək, Hələb və İdlib şəhərlərini ələ keçirib.