Əsəd Putinlə Qəzza zolağını müzakirə etdi

Əsəd Putinlə Qəzza zolağını müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə SANA aganetliyi məlumat yayıb.

Məlumata görə, prezidentlər İsrailin Qəzza zolağına təcavüzünü dayandırmağın yollarını müzakirə ediblər.

“Bəşər Əsəd və Vladimir Putin Qəzza zolağının mülki əhalisinə təcili humanitar yardımın çatdırılmasının və İsrailin günahsız insanları atəşə tutmasının və əhalinin köçürülməsini dayandırmağın zəruriliyini vurğulayıblar”, – məlumatda qeyd olunub.

Teqlər: