Suriya Prezidenti Bəşər Əsəd kimin himayədarlıq etməsindən və maliyyələşdirməsindən asılı olmayaraq, ölkəsinin terrora qalib gələcəyinə əminliyini ifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə Suriya Prezidentinin Ofisi məlumat yayıb.
“Prezident Əsəd vurğulayıb ki, terrorizm güc dilindən başqa heç bir dil başa düşmür”, – ofisin bəyanatında deyilir.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması bir neçə gün öncə hücuma başlayıb və onlarla kəndi, o cümlədən Hələb və İdlibi ələ keçirib.