Əsəd hələ dialoqa hazır deyil – Fidan

Əsəd hələ dialoqa hazır deyil – Fidan

Türkiyə hesab edir ki, Suriyada nizamlanma hakimiyyətlə müxalifət arasında dialoqun qurulması əsasında olmalıdır. Lakin Ankara hələ Prezident Bəşər Əsədin buna hazır olduğunu görmür.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Hürriyət” qəzetinə müsahibəsində deyib.

“Hakimiyyətlə Suriya müxalifəti arasında həqiqi dialoq aparılmalıdır. Ümid edirik ki, Prezident Bəşər Əsəd müxalifətlə razılığa gələcək. Ancaq anladığımız qədər, o və tərəfdaşları müxalifətlə sövdələşməyə və vəziyyəti ciddi şəkildə normallaşdırmağa hazır deyillər. Hazırda Əsəd və tərəfdaşları müəyyən problemləri həll etməyə hazır görünmürlər”, – Fidan bildirib.

Teqlər: