Ermənistan və Azərbaycan ölkə konstitusiyalarında onları narahat edən problemləri qarşılıqlı səsləndiriblər və bu, uzunmüddətli sülhə maneədir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Lakin bu o demək deyil ki, Ermənistan konstitusiyasına dəyişiklik məsələsi Azərbaycanla danışıqların predmeti ola və ya onun tələbləri ilə müəyyənləşə bilər. Bu, kökündən yanlışdır və Ermənistanın daxili işidir”, – o bildirib.