“Əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik”.
Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda deyib. Qarabağ müharibəsi artıq tarixdə qalıb. Azərbaycan isə bölgənin gələcəyinə dair sülh mesajları verir.
Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar olub. Verilişin qonaqları Demokratik Jurnaslitlər Liqasının sədri Yadigar Məmmədli, siyasi şərhçilər Murad Sadəddinov Elşən Məcidov bildiriblər ki, Ermənistanda daxili gərginliklər davam edir. Ölkə faktiki məğlubiyyətin şokundan ayıla bilmir. Qeyd olunub ki, Ermənistanın yeganə yolu region ölkələri ilə konstruktiv əməkdaşlıqdan keçir.
Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=WOH45lpqqq8