“Əsas Məsələ”də növbədənkənar seçkilər ərəfəsində olan Ermənistandakı daxili-siyasi vəziyyət müzakirə olunub

Ermənistan cəmiyyəti artıq ziddiyyətlər platformasına çevrilib. Baş nazir Paşinyanın qurduğu diktatura rejiminə qarşı etiraz aksiyaları səngimək bilmir.Ermənistan indi kriminal şəxslərin neofaşizm yuvasına çevrilən ölkə vəziyyətindədir.Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Ermənistandakı siyasi böhranın daha da dərinləşməsi olub.

Verilişin qonaqları Milli Məclisin deputatı Ramil Həsən ,”Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov bildiriblər ki, Ermənistanda vəziyyət o həddə çatıb ki,Xarici İşlər naziri Baş nazirin apardığı siyasətə etiraz edir. Bildirilib ki,Paşinyan iqtidarına qarşı müxalifət düşərgəsində yeni ”savaş cəbhə”si açılıb.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: